“YARAT!” Müasir İncəsənət Məkanı tanınmış fotoqraf Sənan Ələsgərovun “Sadəliyin şəffaflığı” adlı eksperimental layihəsini təqdim edir. Martın 2-də “YAY!” qalereyasında açılacaq sərgi aprelin 2-dək davam edəcək. 
   Rəssamın yaratdığı yeni silsiləyə texniki ifa və hamı üçün birgə olan sadə əşyaların gözəlliyi mövzusu vasitəsilə birləşdirilən 25 rəngli fotoşəkil daxildir. Şəkillərə xas olan hissələrə parçalanma rəssam üçün ətraf mühitin qavranmasının əsas qayəsini təşkil edir.
   Adi insanların fikir vermədiyi ünsürlər - təsadüfən rast gəlinən günəş şüası və ya yola düşən kölgə, köhnə, qurumuş ağacın incə budaqları, istifadə olunmayan uşaq meydançası və digər surətlər - çox zaman müəllifin diqqətini cəlb edir. Müəllifin yaratdığı şəkillər silsiləsində adiliyin gözəlliyi və sadəliyi sezilir. Təbiət isə surətlərin əsas çərçivələrini müəyyənləşdirən dayaq nöqtəsi və material qismində çıxış edir.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar