Fevralın 27-də “Baku Creative Center” yaradıcılıq mərkəzində istedadlı rəssam Ceyhun Həmzəyevin “Ölümdən sonrakı sərgi”si açılıb. “Baku Creative Center”in həyata keçirdiyi “Debüt” layihəsi çərçivəsində təşkil edilmiş sərgidə vaxtsız vəfat etmiş rəssamın 48 rəngkarlıq tablosu təqdim olunub. “Debüt” layihəsinin məqsədi istedadlı rəssamların ilk fərdi peşəkar sərgilərinin təmənnasız təşkili və onların ictimaiyyətə yaxından təqdim edilməsidir.
Tədbirdə çıxış edən Xalq rəssamı Mayıs Ağabəyov Ceyhun Həmzəyevin qısa ömründə böyük rəssam həyatı yaşadığını bildirib. Rəssamın bu gün həyatda olmasa da, gözəl rəsmlər qoyub getdiyini, bu əsərlərin ona ikinci həyat yaşatdığını qeyd edib.
Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev və Azərbaycan Rəssamlıq Akademiyasının müəllimləri Ceyhun Həmzəyev ilə bağlı xatirələrini danışıb, mərhum sənətkarın insani keyfiyyətlərindən söhbət açıblar. Bildirilib ki, rəssamın əsərlərində özünəməxsus mövzular, rəng çalarları, üslub müxtəlifliyi özünü göstərir. Onun qoyub getdiyi əsərlər Azərbaycan incəsənət nümunələri hesab olunmalıdır.
Sərgi martın 2-dək davam edəcək.