Müasir Azərbaycan incəsənəti nümunələri bu dəfə İtaliyada nümayiş olunur
Martın 5-də Heydər Əliyev Fondunun, “Baku” jurnalının ingilisdilli versiyasının və Azərbaycanın İtaliyadakı səfirliyinin birgə layihəsi çərçivəsində Romanın MAXXİ Milli Müasir İncəsənət Muzeyində “Bakıya uçuş: müasir Azərbaycan incəsənəti” sərgisinin açılışı olub. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva mərasimdə iştirak ediblər.
Tədbirdən öncə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və MAXXİ Milli Müasir İncəsənət Muzeyinin prezidenti Covanna Melandri arasında görüş keçirilib.
Görüşdə “Bakıya uçuş” sərgisinin Romada keçirilməsindən məmnunluq ifadə edilib, sərginin Azərbaycan-İtaliya mədəni əməkdaşlığına töhfə olduğu vurğulanıb. Mehriban xanım Əliyeva MAXXİ Milli Müasir İncəsənət Muzeyi ilə tanış olub. Qeyd edilib ki, avanqard, qeyri-ənənəvi üslubda yaradılan bina 2010-cu ilin iyununda istifadəyə verilib.
Sonra “Bakıya uçuş: müasir Azərbaycan incəsənəti” sərgisinin rəsmi açılışı keçirilib. MAXXİ muzeyinin prezidenti C.Melandri Azərbaycanın birinci xanımının tədbirdə iştirakını məmnunluqla qeyd edərək sərginin təşkilatçılarına minnətdarlığını bildirib.
Müasir Azərbaycan incəsənətinin uğurlu təqdimatı
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva ölkəmizin qədim və zəngin tarixi-mədəni irsi, incəsənəti barədə iştirakçılara məlumat verib. Qeyd edilib ki, müsəlman Şərqində qızlar üçün ilk dünyəvi məktəb Bakıda açılıb, Şərqdə ilk opera və balet də bizim ölkəmizdə səhnələşdirilib. Heydər Əliyev Fondunun vitse-prezidenti “Bakıya uçus” sərgisinin əhəmiyyətindən danışaraq deyib:
- “Bakıya uçuş” sərgisi mənim üçün çox mühüm və doğmadır. Şadam ki, bu sərgi dünya ictimaiyyətinə Azərbaycanın müasir incəsənəti barədə daha dolğun məlumat verə bilər. Burada siz 21 rəssamın əl işlərini görəcəksiniz. Onların bəziləri artıq özlərini təsdiq etmiş, digərləri isə hələ gənc və perspektivli rəssamlardır. Sərgidə yüzdən artıq əsər təqdim olunur. Bunların arasında videolar, installasiyalar, fotoşəkillər, performanslar və heykəllər vardır”.
Bildirilib ki, indiyədək London, Paris, Berlin, Moskvada nümayiş olunan “Bakıya uçus” sərgisi Romadan sonra digər şəhərlərdə təqdim ediləcək.
Sərginin kuratoru Erve Mikaelof Azərbaycanda çoxlu istedadlı gənclərin olduğunu vurğulayaraq bu istedadın sərgi vasitəsilə dünyaya təqdim olunduğunu deyib.
Sonra iştirakçılar sərgi ilə tanış olublar. Heydər Əliyev Fondunun Azərbaycanın dünyada daha yaxından tanıdılması istiqamətində həyata keçirdiyi tədbirlər sırasında xüsusi əhəmiyyəti olan bu sərgi Şərq ilə Qərb mədəniyyətlərinin qovuşmasının sintezi olan müasir Azərbaycan incəsənətinin uğurlu təqdimatıdır.
Sərgidə Altay Sadıxzadə, Aida Mahmudova, Əliyar Əlimirzəyev, Rəşad Ələkbərov və başqalarının əsərləri özünəməxsus üslubu ilə diqqəti cəlb edir. Müasir incəsənətin bu maraqlı nümunələri qeyri-adi düşüncənin əksi olaraq, maraqlı işlənmə texnikası ilə seçilir. Bir-birindən fərqli, avanqard ideyaların hakim kəsildiyi bu sənət əsərləri müasir Azərbaycan incəsənətinin özəlliyindən xəbər verir. Belə layihələr nəticəsində zəngin Azərbaycan mədəniyyəti ilə yanaşı, ölkəmizin istedadlı gəncləri də dünyada tanınır və qəbul edilir.
Sərgiyə gələn qonaqlara rəssamların əsərlərinin bukletləri, “Baku” jurnalının, “Əli və Nino” əsərinin ingilis dilli versiyası, Azərbaycan haqqında videoçarxın olduğu disklər hədiyyə olunur. Romada açılan “Bakıya uçuş” sərgisi martın 26-dək davam edəcək.
Roma Opera Teatrında premyera
Martın 6-da Roma Opera Teatrında Cuzeppe Verdinin “Foskari ailəsinin iki nümayəndəsi” operasının yeni təqdimatının nümayişi olub. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva operanın yeni təqdimatının premyerasında iştirak edib. Mehriban xanım Əliyevanı Roma Opera Teatrının idarə heyətinin sədri, İtaliya paytaxtının meri Covanni Alemanno qarşılayıb. Heydər Əliyev Fondunun prezidenti teatrın direktoru Kapello De Martino, Roma Opera Teatrı Fondunun prezidenti xanım Daniella Traldi, İtaliyanın müdafiə naziri Giampaolo Di Paola, İtaliya Konstitusiya Məhkəməsinin sədri Franko Qallo, parlament məsələləri üzrə nazir Dino Piero Giarda və İtaliyanın digər siyasi-ictimai şəxsləri ilə görüşüb.
Sonra operanın vətəni sayılan İtaliya paytaxtında Rikardo Mutinin dirijorluğu ilə tanınmış bəstəkar Cuzeppe Verdinin “Foskari ailəsinin iki nümayəndəsi” operasının yeni təqdimatı olub. Corc Bayronun eyniadlı tragediyası əsasında yazılan əsər ilk dəfə 1844-cü ildə məhz Romada “Arcentino” teatrında səhnələşdirilib. Hadisə 1457-ci ildə Venesiyada baş verir. Operanın əsas məzmununu siyasi mübarizənin qurbanına çevrilən Foskari nəslinin faciəvi taleyi təşkil edir. Operanın yekun akkordları faciəvi gücünə görə Verdinin musiqi yaradıcılığının zirvəsi hesab edilir. Tamaşa gurultulu alqışlarla qarşılanıb.
Sonra Azərbaycanın birinci xanımı London, La-Skala, Filadelfiya, hazırda isə Çikaqo simfonik orkestrinin dirijoru Rikardo Muti ilə görüşüb. Günün sonunda Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın şərəfinə Roma Opera Teatrının idarə heyətinin sədri, Roma şəhərinin meri Covanni Alemanno tərəfindən şam yeməyi verilib.