Martın 6-da Fransa paytaxtında Avropa-Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə Azərbaycandan bəhs edən fotosərgi açılıb. Cəmiyyətin Paris ofisinin rəhbəri Eliza Pieter Parisdə ilk dəfə təşkil olunan sərginin keçən il noyabrda Londonda nümayiş etdirildiyini nəzərə çatdırıb.
Qeyd olunub ki, cəmiyyətin təşəbbüsü ilə 2012-ci ildə peşəkar və həvəskar fotoqrafların əsərlərinin müsabiqəsi keçirilib, təqdim olunan 700-dən artıq fotodan 100-ü nümayiş üçün seçilib. Azərbaycanın mədəni müxtəlifliyi, zəngin mədəni irsi, arxitekturası və əhalisi ilə tanındığını vurğulayan E.Pieter sərgidə nümayiş olunan fotoların ölkəmiz barədə ətraflı məlumat verdiyini bildirib.
Münsiflər heyətinin üzvü Henry Dallal təqdim olunan fotolarda ölkəmizin və insanların gözəlliyinin əks edilməsinin onda böyük təəssürat oyatdığını, ölkəmizlə tanışlıqdan məmnunluq hissi duyduğunu vurğulayıb. Müsabiqə qaliblərindən Asim Talıb sərgidə nümayiş etdirilən əsərlərinin 1985-ci ildə Kəlbəcərə səfər edərkən fotonun obyektivinə köçürdüyü haqda danışıb.
Sərgidə 70 fotoqrafın 100 əsəri nümayiş etdirilir. Onların arasında AzərTAc-ın fotoxronika bölməsinin rəhbəri Vüqar Əmirullayevin, habelə tanınmış fotoqraflardan Fuad Babayev, Etibar Cəfərov, Bəhram Bağırzadə, Rəna Əfəndi və digərləri ilə yanaşı, vaxtilə ölkəmizdə olmuş avropalı fotoqraflardan Katerin Poşkanvala-Kleevin, Hande Apaydinin, Mikolaj Bekasiakın, Qreqor Buyenin və başqalarının fotoları yer alıb.
İştirakçılara sərgidə nümayiş etdirilən fotoların kataloqu paylanıb. Sərgi martın 17-dək nümayiş etdiriləcək.