Martın 13-də “Art Villa" qalereyasında “Arts Council Azerbaijan”nın (Azərbaycan İncəsənət Konsulluğu) təşkilatçılığı ilə Azərbaycan Rəssamlar İttifaqının üzvü, istedadlı rəssam İlqar Əkbərovun fərdi sərgisinin açılışı keçirildi. 

   Açılışda çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev rəssam İlqar Əkbərovu çoxdan tanıdığını və onun yaradıcılığına bələd olduğunu bildirdi: “O, bir müddət dövlət işində çalışdı, ancaq yaradıcılığı seçdi, pedaqoji fəaliyyətə başladı. Son illər bir neçə fərdi sərgisini keçirib. Növbəti fərdi sərgisi münasibətilə onu təbrik edirəm”.
   Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağəli İbrahimov sərginin təşkilinə görə “Art Villa" qalereyasına minnətdarlığını bildirdi. Rəssam İlqar Əkbərovun əsərlərinin Gürcüstanda, Türkiyədə sərgiləndiyini tədbir iştirakçılarının nəzərinə çatdırdı, sənətkara gələcək yaradıcılığında uğurlar arzuladı.
   Sənətşünas, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev il başlayandan bir neçə yaddaqalan sərgilərin keçirildiyini və bu sərginin də maraqlı sənət hadisəsi olduğunu qeyd etdi.
   Sonda rəssam İlqar Əkbərov çıxış edərək sərgiyə gələnlərə təşəkkürünü ifadə etdi: “Sənətkar uzun müddət işləyir ki, tamaşaçı qarşısında hesabat verə bilsin. Yaradıcı insan çalışmalıdır ki, layiqli işlərlə ortaya çıxsın”.
   Qeyd edək ki, İlqar Əkbərov 1960-cı ildə Bakıda anadan olub. 1981-1986-cı illərdə N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Bədii qrafika” fakültəsində təhsil alıb. 1997-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Hazırda Respublika İncəsənət Gimnaziyasının “Təsviri və tətbiqi sənət” şöbəsində pedaqoji fəaliyyətlə məşğuldur. Bir neçə fərdi sərgisi keçirilib. 

   Reyhan 







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar