Novruz bayramı münasibətilə Bakıdakı “Four Seasons Hotel”ində Azərbaycanın Xalq rəssamı Arif Hüseynovun əsərlərindən ibarət rəngarəng sərgi açılıb. “Novruzun rəngləri” adlı sərgidə milli bayramımıza və Azərbaycanın xalq nağıllarına həsr olunmuş 50 əsər, habelə “Azərbaycan nağılları” kitabına, böyük Füzuli və Petrarkanın şeirlərinə illüstrasiyalar nümayiş etdirilib.
   “Four Seasons Hotel”in baş meneceri Tarik Murad, Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, Xalq yazıçısı Çingiz Abdullayev, sənətşünas Ziyadxan Əliyev Arif Hüseynovu sərgi münasibətilə təbrik edərək, rəssamın yaradıcılığının məziyyətlərindən söz açıblar. Qeyd olunub ki, qrafika, dəzgah qrafikası ilə məşğul olan rəssamın yaradıcılığında miniatür janrı da xüsusi yer tutur.
   Sərgidə sənətkarın “Od çərşənbəsi”, “Yumurta döyüşü”, “Kəndirbazlar”, “Qulaq falı” kimi əsərləri maraqla qarşılanıb. Bu əsərlərdə nurlu simalar, Azərbaycan naxışları, muğam, od, milli xalçalar təsvir olunub.
   Miniatür Kitab Muzeyinin direktoru Zərifə Salahova bildirib ki, Arif Hüseynov uzun illər onun təmsil etdiyi muzeylə əməkdaşlıq edir, bir çox nəşrlərə illüstrasiyaların müəllifidir. Yaxın günlərdə rəssamın illüstrasiyaları ilə “Azərbaycan nağılları” miniatür kitabı nəşr olunacaq.
   Xatırladaq ki, rəssam həm də bir çox kitablara bədii tərtibat verib. Ötən il Mirzə Ələkbər Sabirin 150 illik yubileyinə həsr olunmuş tədbirlər çərçivəsində “Hophopnamə”nin Arif Hüseynovun illüstrasiyaları ilə yeni nəşri işıq üzü görüb.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar