“Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin təşkilatçılığı ilə mayın 9-dan 15-dək Ağsu və İsmayıllı rayonlarında rəssamlıq simpoziumu keçiriləcək. Birliyin sədri Fariz Xəlillinin sözlərinə görə, məqsəd regionlarda rəssamlığın inkişafına dəstək vermək, rəssamlıq simpoziumları ənənəsi yaratmaqdır. İştirakçılar orta əsr Ağsu şəhər yerində qazıntı sahəsi ilə tanış olacaq, orda gördüklərini kətan üzərinə köçürəcəklər. Daha sonra tədbir İsmayıllıda davam etdiriləcək. Tədbirə qatılan rəssamlar arxeoloji qazıntı sahəsində gördükləri əsasında mənzərə və sərbəst kompozisiya mövzularında rəsm hazırlayacaqlar.
Layihə çərçivəsində çəkilən əsərlər “Miras” İctimai Birliyinin kolleksiyasında qalacaq. Həmin əl işlərinin muzey sərgilərində və xarici ölkələrdə nümayişi nəzərdə tutulur.
Ceyhun