Aprelin 16-da “Qız qalası” qalereyasında Türkiyədə yaşayan azərbaycanlı rəssam Assim Rəsuloğlunun fərdi sərgisi açıldı.
    Tanınmış sənət adamlarının iştirak etdiyi tədbiri qalereyanın direktoru, Əməkdar incəsənət xadimi Emin Məmmədov açaraq rəssamın həyat və yaradıcılığından danışdı. Bildirdi ki, 1980-ci ildə Belarus Dövlət Teatr-Sənət İnstitutunun monumental boyakarlıq fakültəsini bitirən Assim Rəsuloğlu 1978-ci ildən sərgilərdə iştirak edir, 1984-cü ildə SSRİ Rəssamlar İttifaqının üzvü seçilib.
   Xalq rəssamı Fuad Salayev Assim Rəsuloğlunu istedadlı fırça ustası, öz sənətinin vurğunu olan şəxsiyyət kimi səciyyələndirdi. Bildirdi ki, rəssam 1989-cu ildə Bakıda Xəzəryanı respublikaların biennalesində, Bakı İncəsənət Mərkəzinin Fransada təşkil etdiyi müasir incəsənət sərgisində, Azərbaycanın gənc rəssamlarının Budapeşt sərgisində uğurla iştirak edib.
   Çıxışlarda vurğulandı ki, rəssam 90-cı illərdən fərdi sərgilərini nümayiş etdirir. İlk sərgisi 1991-ci ildə Parisdəki Aleksandr qalereyasında açılıb. Rəssamın Danimarkada, Almaniyada, Türkiyədə (İzmir və Ankara), Belçikada fərdi sərgiləri təşkil olunub. Onun əsərləri Moskvada Tretyakov qalereyasında, Şərq Ölkələri Muzeyində, Antalyada Orkun Ozan incəsənət qalereyasında, Azərbaycan Milli İncəsənət Muzeyində, Nyu-Yorkda Martin Lüter Kinq qalereyasında, Belarus, Litva mədəniyyət nazirliklərinin kolleksiyalarında saxlanılır.
   Assim Rəsuloğlu tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirərək sərginin hər bir rəssamın həyatında önəmli hadisə olduğunu qeyd etdi.
   Daha sonra rəssamın rəngkarlıq janrında 32 əsərinin nümayiş olunduğu sərgiyə baxış keçirildi.
   
   Ceyhun







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar