Moskva Beynəlxalq Kinofestivalı davam edir. İyunun 23-də “Oktyabr” kinoteatrında Rusiyanı təmsil edən rejissor Yuri Şillerin “Sərçə” filmi festivalın “Əsas” hissəsində nümayiş olunub.
Filmin mövzusu rejissorun daim yaşayıb işlədiyi Sibir həyatındandır. Həmin gün macar rejissoru Marta Messaroşun “Anna haqqında sonuncu donos” filmi də “Əsas” hissədə nümayiş edilib. İyunun 23-də həmçinin Dmitri Mitovskinin “Londonun missiyası” filminin premyerası keçirilib. Rejissorun verdiyi məlumata əsasən, növbəti çəkəcəyi film “Moskvanın missiyası” olacaq. İyunun 25 - i kinoteatrda Rəşid Nuqmanovun “Remiks iynə” filminin müzakirəsi keçiriləcək.