“YARAT!” Müasir İncəsənət Məkanı “PARTICIPATE” Baku Public Art” festivalı iştirakçılarının işlərinin təqdimatını davam etdirir. 
   Builki festival müddətində Azərbaycan, Gürcüstan, Rusiya, ABŞ, Portuqaliya və Hollandiyadan olan müəlliflərin əsərlərinin 10 təqdimat mərasimi və 10 interaktiv layihəsi nəzərdə tutulub.
   Aprelin 17-də festival çərçivəsində Dənizkənarı Milli Parkda, Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının arxasında rusiyalı gənc dizayner və rəssam Natalya Pastuxovanın “Yaxşı it” adlanan layihəsi təqdim edilib.
   Rəssam Şərqdə və Qərbdə itə qarşı münasibəti bir mövzu olaraq götürüb. Müxtəlif it portretləri silsiləsinin əsas ideyası ondan ibarətdir ki, küçədə gördüyünüz istənilən yiyəsiz it yaşadığı mühitin və şəhərin güzgüdə olan əksidir. İt (zalım, mehriban, vəfalı, istiqanlı, yiyəsiz) bizə özümüz haqqında çox şey danışa, bizi insanlığımız barədə düşünməyə vadar edə bilər.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar