Aprelin 23-də “Art Group” qalereyasında “Baku Creative Center” yaradıcılıq mərkəzinin Bakı qalereyalar festivalı layihəsi çərçivəsində “Qrafika” adlı sərgi açılıb. Sərgi professional rəssamlıq təhsili görmüş ilk azərbaycanlı qadın rəssam Maral Rəhmanzadəyə həsr edilib.
   Sərgidə rəssamın qalereyanın şəxsi fondundan götürülmüş, ölkəmizin füsunkar təbiəti, zəriflik və lirika dolu əsərləri nümayiş olunur. Ekspozisiyada sənətkarın idealizə olunmuş Azərbaycan qadını obrazı, neftçilərə həsr edilmiş son dərəcə emosional rəsmləri, klassiklərimizin kitablarına verdiyi bədii tərtibatlar və illüstrasiyaları, bir sıra xarici ölkələrin həyatından çəkilən eskizləri, silsilə qravüraları və digər əsərləri yer alıb.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar