Aprelin 24-də “Baku Creative Center” yaradıcılıq mərkəzində gənc rəssam Bəhruz Quliyevin “Zamanın rəngləri” adlı sərgisi açılacaq. Mərkəzdən bildiriblər ki, sərgidə “Təbiətlə harmoniya”, “Cənnətdən bezmişlər”, “Naxçıvan mənzərəsi” və s. əsərlər təqdim ediləcək. Ümumilikdə isə rəssamın 30-a yaxın əsəri nümayiş olunacaq.
   Bəhruz Quliyev Naxçıvan Dövlət Universitetinin təsviri sənət ixtisasını bitirib. Xalq rəssamı Hüseynqulu Əliyevdən dərs alıb. 2011-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 2012-ci ildə keçirilən “Naxçıvan - bəşəriyyətin beşiyi” festivalının iştirakçısı olub. Sərgi aprelin 26-dək davam edəcək.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar