Aprelin 19-dan 25-dək Qahirədəki “Səlahəddin” qəsr kompleksinin səhnəsində “The International Festival for Drums and Traditional Arts “The Drums Dialogue for Peace” beynəlxalq zərb alətləri və ənənəvi incəsənət festivalı keçirilir.
   Festivalda dünyanın 30-dan çox ölkəsindən, o cümlədən Azərbaycandan musiqiçilər iştirak edirlər.
   Solist Mehri Əsədullayev (kamança), Yasəf Eyvazov (ud), Rəşad İlyasov (qanun), Tahir Haqverdiyev (tar), Ramin Həsənov (skripka) və Mühiddin Can Şimşəyin (nağara) daxil olduğu xalq çalğı alətləri ansamblı tamaşaçılara koloritli Azərbaycan milli musiqisini təqdim edib. Fatimə Fətəliyevanın və İlham Kərimlinin ifasında Azərbaycan xalq rəqsləri də çox uğurlu təsir bağışlayıb və alqışlarla qarşılanıb.
   







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar