Aprelin 23-də “28 Mall” ticarət və əyləncə mərkəzində “United Aid For Azerbaijan” (UAFA) və Azərbaycan Tələbə Gənclər Təşkilatı İttifaqı (ATGTİ) “Ekologiya” işçi qrupunun təşkilatçılığı ilə “Balacaların böyük düşüncələri, yaşıl fırça ilə” adlı rəsm sərgisi keçirilib.
“Pak Dad” və “Bakcell” şirkətlərinin dəstəyi ilə təşkil edilən tədbirin məqsədi qayğıya ehtiyacı olan uşaqların çəkdikləri rəsmlərlə ətraf mühitə və oradakı problemlərə münasibətini öyrənmək və onların bu sahədə dünyagörüşünü formalaşdırmaqdır. Sərginin açılışında çıxış edən qonaqlar belə tədbirlərin əhəmiyyətini qeyd ediblər.
Sərgidə xüsusi qayğıya ehtiyacı olan uşaqların ekologiya mövzusunda çəkdikləri rəsmləri, bununla yanaşı sərgidə uşaqlar tərəfindən hazırlanmış musiqi və rəqs nümunələri nümayiş etdirilib. Balacaların əl işləri böyük maraqla qarşılanıb. Sərgi iştirakçılarına ATGTİ tərəfindən sertifikat və “Pak Dad” restoranlar şəbəkəsi tərəfindən hədiyyələr təqdim olunub.