Mayın 2-də “Baku Creative Center” yaradıcılıq mərkəzinin təşkilatçılığı ilə keçirilən Bakı qalereyalar festivalı layihəsi çərçivəsində “Katalizator” adlı müasir incəsənət sərgisi açılacaq. Tədbir Birləşmiş Rəssamlar Klubunun dəstəyi ilə “Müasir İncəsənət Mərkəzi” qalereyasında keçiriləcək.
   “Katalizator” - Azərbaycanın müasir incəsənətinin inkişafını sürətləndirməyə iddialı olan rəssamların sərgisidir. Sərgidə Novruz Məmmədov, Fərəc Rəhmanov, İslam Həsənəlizadə, Erkin Ələkbərli, Bəhruz Kəngərli və Təkin Əfəndiyevin rəngkarlıq, qrafika və instalyasiyaları, həmçinin Həbib Saher və Yunis Krılovun video-art nümunələri təqdim olunacaq.