Mayın 2-də Abşeron Rəsm Qalereyasında “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin və “Əlillər dünyası” qəzetinin birgə təşkilatçılığı ilə fiziki qüsurlu uşaqların əl işlərindən ibarət sərgi açılıb.
   Sərginin məqsədi cəmiyyətimizin üzvləri olan istedadlı əlil uşaqların əl işlərinin dünya ictimaiyyətinə tanıdılması və onların cəmiyyətə inteqrasiya etməsinə kömək göstərilməsindən ibarətdir. Sərgidə 50-dən çox rəsm əsəri və digər əl işi nümayiş olunub.
   Sərgidə iştirak edən Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfirinin xanımı Feyt Pirs Morninqstar gözəl rəsmlərə və qeyri-adi əl işlərinə heyran olduğunu bildirib, fiziki qüsurlu uşaqlara göstərilən diqqət və qayğını yüksək qiymətləndirib.