Paytaxtdakı “Qalereya 1969” sərgi salonunda gənc rəssam Leyla Şirəlinin “Rənglərin istisində” adlı fərdi sərgisi açılıb. Tədbirdə çıxış edənlər L.Şirəlinin özünəməxsus yaradıcılıq yolundan danışıblar. Bildirilib ki, rəssamın tərtəmiz rənglərdən istifadə etməsi onun daxili aləminin saflığından xəbər verir. İlk fərdi sərginin gənc rəssamın yaradıcılığında böyük önəm daşıyacağı xüsusi qeyd edilib.
Sərgidə müəllifin 40-a yaxın rəngkarlıq nümunəsi nümayiş olunub.