Azərbaycanlı rəssam beynəlxalq sərgidə
Çinin paytaxtı Pekində “Sülh naminə səyahət” Beynəlxalq Mədəni Mübadilə Mərkəzinin yaradılmasının 10-cu ildönümü münasibətilə “Sülh və incəsənət ustası” adlı rəsm sərgisi təşkil edilib. Beynəlxalq sərgidə Çin, Azərbaycan, Rusiya, ABŞ, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və digər ölkələrin 100-dək rəssamının 200-dən çox əsəri nümayiş olunub.
Tədbirdə ölkəmizi Naxçıvan Rəssamlar Birliyinin sədri, Azərbaycanın Əməkdar rəssamı Ülviyyə Həmzəyeva təmsil edib. Beynəlxalq sərgi çərçivəsində iştirakçılar Çinin tarixi-mədəni abidələri, muzey və rəsm qalereyaları ilə tanış olub, Çin səddi üzərində etüdlər çəkiblər.
Qeyd edək ki, “Sülh naminə səyahət” Beynəlxalq Mədəni Mübadilə Mərkəzi 2003-cü ildə Çinin Xarici İşlər və Mədəniyyət nazirliklərinin dəstəyi ilə yaradılıb.
Fariz Yunisli