İyunun 20-də Muzey Mərkəzinin sərgi qalereyasında Səhəd Veysovun fərdi sərgisi açılacaq. Azərbaycan Rəssamlar İttifaqı ilə Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkil edəcəyi sərgidə tanınmış rəssamın rəngkarlıq, qrafika və heykəltəraşlıq əsərləri nümayiş olunacaq.