İyunun 13-dən 17-dək Almaniyanın Azərbaycandakı səfirinin iqamətgahında qurama üslubunda hazırlanmış əl işlərindən ibarət sərgi açılıb. “Rənglər partlayışı” adlı sərgidə Xalidə Nəsirovanın (Azərbaycan) və Korinna Nisrat-Kvellenin (Almaniya) 30-dan çox əl işi sərgilənib.
Tədbir qurama sənətinin təbliği ilə yanaşı, həm də xeyirxah məqsəd daşıyıb. Sərgidə hər sənətkarın bir əl işi xeyriyyə məqsədilə hərraca çıxarılıb. Satışdan əldə olunan vəsaitin “Caspian Compassion Project” səhiyyə təşkilatına köçürüləcəyi bildirilib. Ziyarətçilər zövqlə hazırlanmış qurama nümunələrini maraqla seyr edib, hər iki sənətkara yeni yaradıcılıq uğurları arzulayıblar.