2013-cü ilin “Türk dünyası mədəniyyət paytaxtı” olan Əskişəhərdə 16-cı TÜRKSOY “Rəssamlar görüşü” keçirilir. Görüş TÜRKSOY-un 20 illik yubileyi münasibətilə tədbirlər çərçivəsində Türk İşbirliyi və Koordinasiya Agentliyi (TİKA) tərəfindən təşkil olunub. “Rəssamlar görüşü”ndə 18 ölkədən fırça ustaları, o cümlədən Azərbaycandan Məhsəti İbrahimova iştirak edir. Rəssamların ərsəyə gətirdiyi əsərlər iyulun 14-17-də sənətsevərlərə təqdim olunacaq. 1997-ci ildən ənənəvi olaraq təşkil olunan TÜRKSOY “Rəssamlar görüşü”nə indiyədək 200-dən çox rəssam qatılıb.