Xəbər verdiyimiz kimi, “Baku Creative Center” yaradıcılıq mərkəzi Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və “Nar mobile”nin baş sponsorluğu ilə “Azərbaycan İncəsənət Festivalı-2013” (“Azerbaijan Art Festival”) adlı layihə həyata keçirir. Mədəniyyət və Turizm Nazirliyinin “Paytaxtdan bölgələrə” layihəsinin növbəti mərhələsi olaraq gerçəkləşən “Azərbaycan İncəsənət Festivalı-2013”ün əsas məqsədi səyyar sərgilər və ustad dərsləri sayəsində ölkənin digər şəhər və rayonlarında sadə insanların incəsənətə dair bilik və marağını artırmaq, yaradıcı potensialı olan gəncləri üzə çıxarmaq, onlara dəstək verməkdir. Səyyar sərgilər Sumqayıt, Şirvan, Xaçmaz, Şəki, Qax, Mingəçevir, İsmayıllı, Saatlı, Salyan və Kürdəmirdə yerləşən qalereyaları əhatə edir.
   Layihə çərçivəsində növbəti sərgilər Mingəçevir və Şəki dövlət rəsm qalereyalarında gerçəkləşib. “Baku Creative Center” yaradıcılıq mərkəzindən bildiriblər ki, hər bir regionda iki gün davam edən sərgilərdə 17 rəssamın 40-dək əsəri nümayiş olunub. Layihə çərçivəsində rəqqas Emil Adıgözəlli performans nümayiş etdirib, Erkin Ələkbərli incəsənətlə maraqlananlar üçün ustad dərsləri keçib.
   Sərgilərin açılış mərasimlərində iştirakçılara layihə barədə ətraflı məlumat verilib. Çıxış edənlər layihənin əhəmiyyətini qeyd edərək belə tədbirlərin yerlərdə sənət həyatının canlanmasına töhfə verdiyini vurğulayıblar.
   
   * * *
   İyunun 27-də Qax Dövlət Rəsm Qalereyasında “Azərbaycan İncəsənət Festivalı - 2013” layihəsi çərçivəsində növbəti səyyar sərgi açılıb. Mərasimdə rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Nəzir Omarov və layihənin əlaqələndiricisi Fərəh Ələkbərli incəsənət festivalı barədə məlumat veriblər.
   Qeyd olunub ki, bu sərgi layihə çərçivəsində regionlarda açılan sayca yeddincidir. Ekspozisiyada 17 rəssamın 40-a yaxın rəngkarlıq, qrafika və heykəltəraşlıq əsəri nümayiş etdirilir. Tədbir çərçivəsində qalereyada yerli gənc rəssamlar üçün ustad dərsləri də təşkil olunub. 







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar