Öl­mə­yə (də) qür­bət “yax­şı” möv­zu­sun­da...
   
   E­lə bi­lir­siz, çə­kə bil­məz­di? Lap ən­ti­qə çə­kər­di! Ən­tiq, an­tik­var, hət­ta an­tik üs­lub­da rəsm edər­di. Sö­zün, ya­zı-po­zu­nun ifa­də edə bil­mə­di­yi for­ma və məz­mun­da ya­ra­dar­dı. Elə çə­kər­di ki, elə bi­lər­din, bu da ye­ni bir sə­nət-tur­ne fəl­sə­fə­si, neo-səy­ya­hi tə­kər­di - seç­kin ölüm­lə­ri əbə­di olum­la­yan bir yol ge­dir...
   
   Çə­kə bi­lər­di...
   İn­tə­ha­sı nə bi­ləy­di, iş­lər be­lə iş­lə­yə­cək, ta­le be­lə yol­la­şa­caq. Ata-ba­ba­la­rı bu dün­ya­ya - do­ğal da­hi­lik zir­və­si olan Tə­biə­tin can­lı Şu­şa böl­gə­sin­də, özü Ba­kı­da gəl­miş­kən, o dün­ya­ya da­hi rəs­sam­lar öl­kə­sin­də ge­də­cək!?
   Ya­ra­da bi­lər­di...
   E­lə pey­zaj­la­yar, elə tab­lo­la­yar­dı ki, bu gün dün­ya mu­zey­lə­rin­də ba­xış­lar­la “qo­xu­la­nan” gül-çi­çək, zövq­lər­lə “ye­yi­lən” nar-bar na­tür­mort­la­rı ilə mü­qa­yi­sə­də bir “Al­ma”­nın ya­rı­la­rı ki­mi gö­rü­nər­di. Elə port­ret­lə­yər­di ki, sə­nət alə­mi vü­sa­lı­na yet­mə­miş o ya­xı­la­rın mə­na-məz­mun ey­ham­la­rı mə­nim (əs­lin­də sö­zün!) baş­lıq­da­kı “yax­şı”­mı dəb­bə­lə­yən dır­naq işa­rə­lə­ri­ni yan­dı­rıb-ya­xar­dı!
   Ya­zı­mı “e­lə bi­lir­siz” id­dia­sıy­la baş­la­dım, “bi­lin ki” hök­müy­lə da­vam edim.
   Bi­lin və agah olun ki, bu qa­dir sə­nət­kar­lıq bi­zim bö­yük na­tür­mort bağ­ba­nı­mı­za - su­rət­cə də port­ret görk­lü Toğ­ru­lu­mu­za məx­sus­dur. Ya­şam­ca ço­xün­van­lı, sə­nət­cə hər yer­li, do­ğum-mil­liy­yət­cə azər­bay­can­lı Toğ­ru­lu­mu­za. Sir­li-sehr­li fır­ça­sıy­la bu dün­ya­nı Kü­rə­mi­zin özü ki­mi fır­la­nan, şan­lı Və­tə­ni­ni hə­lə tə­sis edil­mə­miş “Bə­şər TV” ilə “can­lı ya­yım”­la­yan Toğ­rul Nə­ri­man­bə­yo­va!
   Hə­lə əl­li il əv­vəl ya­rat­dı­ğı “Nar” na­tür­mor­tu­nu qırx il ön­cə - tə­lə­bə­lik il­lə­ri­miz­də ilk də­fə gö­rən­də, onun için­də­ki al qır­mı­zı gi­lə­lə­ri də “gö­rür­dük”. Üz-qa­bı­ğı sa­yaq qan-qa­no­vuz, Nar­gi­lə qız­la­rı­mız, Qa­ra­gi­lə gə­lin­lə­ri­miz ki­mi mə­la­hət­li, dün­ya brend­li, “ma­de in Azər­bay­can, Ba­kı, Göy­çay”­lı gi­lə­lə­ri!
   De­məz­siz­mi, elə “su­rət­cə port­ret görk­lü” de­yi­mim də o vaxt­la­ra məx­sus­dur. Biz Bəh­lul­za­də ilə Toğ­rul Nə­ri­man­bə­yo­vun si­fət­lə­ri­ni can­lı port­re­tə bən­zə­dir­dik. Hə­lə on­la­rın sə­nət ba­xış­la­rı­nı, di­gər xa­rak­te­rik key­fiy­yət­lə­ri­ni də müx­tə­lif rəng­lər üz­rə təs­ni­fat­laş­dı­rır, mü­ba­hi­sə-mü­za­ki­rə­lə­ri­miz­də iki­si­nin bir­lik­də və hər bi­ri­nin ay­rı-ay­rı­lıq­da xə­ya­li port­ret­lə­ri­ni ya­ra­dır­dıq.
   O­nun rəng­lə­ri çox, ha­mı­sı­nı ya­zı mey­da­nı­na çək­mək isə qey­ri-müm­kün. Hə­lə bun­lar az­mış ki­mi, bi­ri­ni də özüm­dən “i­cad” et­mi­şəm:
   
   Mən­su­biy­yət rən­gi...
   
   Bu zən­gin rən­gin tər­ki­bi ya­nar can, qay­nar doğ­ma qan! Yu­xa­rı­da iş­lət­di­yim bir qə­dər abstrakt an­lam­lı epi­tet­lər içə­ri­sin­də­ki “hər yer­li” ifa­də­si­nə da­ir müx­tə­sər­cə bir sərf-nə­zər. Ye­ri gəl­miş­kən, bu mü­kəm­məl abstrak­sio­nizm us­ta­dı haq­da da­nı­şıb-ya­zar­kən də abstrakt­çı­lıq­dan, sö­zün qa­nad­lı­ğın­dan, vur­ğun­luq fa­nat­çı­lı­ğın­dan qaç­maq ol­mur: fi­kir, tə­fək­kür, sə­nət­kar­lıq zir­və­lə­ri­nin elə bir həd­di də var ki, in­san ora (ona) ça­tan­da hər han­sı bir coğ­ra­fi-to­po­ni­mik mə­ka­na, et­nik qrup-top­lu­ma sığ­mır - in­san ha­ra­lı yox, hər yer­li olur. Be­lə­lik­lə, kö­kən­cə şu­şa­lı, do­ğum­ca ba­kı­lı, və­tən­daş­lıq­ca iki­li (Azər­bay­can, Fran­sa), dü­şün­cə-da­şın­ca­lıq­ca vəs­fi-sə­nət­daş­lıq, qlo­bal­lıq olan Toğ­rul Nə­ri­man­bə­yo­vu tək­cə “öz rən­gi­miz”­də gör­mək, tə­səv­vür et­mək qey­ri-müm­kün.
   Hər­dən tək­rar­çı­lı­ğın özü də ye­ni­lik tə­si­ri ve­rir: bu tək­rar­sız sə­nət ya­ra­dı­cı­sı­nın sir-si­fə­ti bö­yük Ya­ra­da­nın qə­lə­miy­lə çə­kil­miş tan­rı­sal port­re­tə - rəsm əsə­ri­nə bən­zə­yir. Düz­dür, bü­tün da­hi­lə­rin ya­rat­dı­ğı bü­tün su­rət­lər Al­la­hın ya­rat­dıq­la­rı­nın ya­nın­dan yel olub ötə bil­məz. Am­ma ulu Tan­rı­nın ya­rat­dı­ğı mil­yard­lar­la fər­di­lik, fərq­li­lik, rən­ga­rəng­lik içə­ri­sin­də özü­nə ha­mı­dan bir köy­nək ya­xın da­hi­lə­rin ya­rat­dıq­la­rı­na bən­zə­ri də olur. Özü də bu ki­şi da­ha çox - lap qə­dim­lər­də adı­na “Gü­nəş” de­di­yi­miz, dün­ya­nı gə­zib-do­la­şıb üs­tü­mü­zə “quaş” as­si­mil­ya­si­ya­sı ilə qa­yıt­mış rəng­lə rəsm edi­lib. Tər-tə­miz, hər tür tür­kü­cə “iş­lən­di­yin­dən”, can “ma­te­ria­lı” nə qə­dər ümum­bə­şə­ri­dir­sə, düz­gü-ciz­gi­lə­ri bir o qə­dər Azər­bay­can, Tu­ran ma­ya­lı­dır.
   
   Ə­nə­nə­vi rəng­lə­ri
   
   Bu rəng­lər, əs­lin­də, ona da məx­sus bü­tün rəng­lə­rin əzəl-özü­lü­dür. Ona məx­sus hər şey - cə­mi-sə­nət peyk­lə­ri məhz bu pla­net ət­ra­fın­da - fır­ça çev­rə­sin­də fır­la­nır. Onun is­te­dad tən­di­ri o qə­dər istiy­di ki, od­lu kü­rə­sin­də biş­mə­miş nəs­nə qal­mır­dı. “T.N” im­za­lı bu fır­ça­dan rəng içən gül­lər, çi­çək­lər, kol­lar, ağac­lar, gö­zəl­lər, göy­çək­lər nə qə­dər bi­zim­dir­sə, o qə­dər də ha­mı­nın - bə­şə­riy­yə­tin­dir. Hə­lə er­kən gənc­li­yin­də me­mar­lıq İçə­ri­şə­hə­rin­dən “dü­zəlt­di­yi” rəs­sam­lıq İçə­ri­şə­hə­ri sil­si­lə­sin­də, bir az son­ra­lar abi­də­lər Sə­mər­qən­din­dən çə­kib-ciz­gi­lə­di­yi or­na­ment­lər­də, “Si­fət­lər rap­so­di­ya­sı”n­da, da­ha son­ra­lar Av­ro­pa­nı, Fran­sa­nı av­ro­pa­lı­la­ra, fran­sız­la­ra ecaz­kar bir “kə­nar ba­xış”­la təq­dim et­di­yi rəsm­lə­rin­də sə­nət ilə bə­ra­bər, özü­nün də nə­lə­rə qa­dir ol­du­ğu­nu bir da­ha təs­diq et­di.
   T.Nə­ri­man­bə­yov ya­ra­dı­cı­lı­ğın­da qır­mı­zı rəng hər əsər-“məc­lis­”in ba­şın­da­dır. La­kin di­gər rəng­lər də ayaq­da-aşa­ğı­da de­yil. Yox­sa onun “Sə­ma”­sı, “Sün­bül­lər­”i, “Çi­çək­lər­”i kö­nül­lə­rə sə­nət gü­la­bı çi­lə­məz­di. Fi­dan “Kör­pə­lər­”i, qı­zıl “Gö­zəl­lər­”i, qı­rış-qu­ruş “Qo­ca­lar­”ı po­li­fo­nik şər­qi­lər oxu­maz­dı.
   O­nun fır­ça­sın­da ma­vi rəng­lər dan üzü ki­mi ağa­rı­şır, göy rəng­lər gö­yər­çin­lər tək gö­yə­ri­şir, sa­rı­lar sü­sən-sün­bül­lər sa­yaq kəh­rə­ba­la­şır. Ya­şıl­lar sev­gi­li­lər­di - ba­xış­la­ra sar­ma­şır. Hə­lə - möv­zu­nun ya­ma­nı­na iş­lə­nən­də şər­lə­şən, yax­şı­sı­na iş­lə­yən­də ər­lə­şən qa­ra rəng­lər!..
   O­nun əsər­lə­ri ara­sın­da “bü­tün bun­lar­dan son­ra...” eh­ti­mal­lı nü­mu­nə­lər də az de­yil. Onun abstrak­si­ya­la­rı ikin­ci, üçün­cü zənd­də göz­lər qar­şı­sın­da ye­ni-ye­ni aləm­lər açır. Hər növ­bə­ti ba­xış­da növ­bə­ti bir qə­ni­mət! Və bu əsər­lər nə qə­dər mil­li­dir­sə, o qə­dər də Re­nuar dil­li, İva­nov, Brül­ler, Van Qoq əsil­li ta­ma­şa­çı­lar­lıq­dır...
   O­nun “xa­rak­ter”, “söz” , “duy­ğu”, “uy­ğu” və sa­ir rəng­lə­ri də var ki, on­la­rın cə­mi-cüm­lə­si­ni iki kəl­mə -
   
   A­ləm rəng­lə­ri
   
   i­lə ifa­də et­mə­li olu­ram. Bu mə­nə­vi rəng­lər də par­laq­dır, seç­kin­dir, bü­töv­dür, emo­sio­nal­lıq plas­ti­ka­sı ilə ba­həm, kəs­kin­dir. Bü­tün bun­lar konk­ret əsər­lə­rin­dən fərq­li ola­raq, onun da­xi­li alə­mi­nə lap ya­xın­dan bə­ləd olan­la­ra da­ha tez ça­tır, ta­ma­şa­çı­la­rı, dost­la­rı, ta­nış-bi­liş­lə­ri, həm­söh­bət­lə­ri tə­rə­fin­dən əl­bəəl se­zi­lir.
   “T.N”-də ada­ma bir qə­dər gec ça­tan, dər­hal se­zil­mə­yən rəng­lər də az de­yil. Mə­sə­lən? SSRİ və Azər­bay­ca­nın Xalq rəs­sa­mı, Döv­lət mü­ka­fat­la­rı lau­rea­tı, ne­çə-ne­çə or­den-me­dal sa­hi­bi, bu ilin 2 iyu­nu­na­dək hər ilin al­tı ayı­nı ya­şa­dı­ğı (hə­min ta­rix­çə­dən əbə­diy­yə­tə­cən uyu­ya­ca­ğı) Pa­ris­də ne­cə yük­sək mər­tə­bə­də tu­tul­du­ğu­nu onun öz di­lin­dən eşi­dən olub­mu? Am­ma ata­sı­nın Şu­şa­da do­ğul­ma­sın­dan, Xalq Cüm­hu­riy­yə­ti hö­ku­mə­ti tə­rə­fin­dən Av­ro­pa­ya oxu­ma­ğa gön­də­ril­mə­sin­dən, Tu­lu­za­da təh­sil alıb, ener­ge­tik-mü­hən­dis ki­mi və­tə­nə dön­mə­sin­dən, öz­gür bir mil­liy­yət­çi ki­mi rep­res­si­ya qur­ba­nı ol­ma­sın­dan if­ti­xar­la da­nı­şır­dı. Onun şəx­siy­yət for­mu­la­sı, qı­rım-du­rum ele­ment­lə­ri ev-eşi­yin­də də, kü­çə­də, efir­də də dai­mi bir pe­da­qoq­luq təl­qin edir, nü­mu­nə­vi­lik, ağ­saq­qal­lıq sa­çır­dı. Onun ba­xı­şı­na ba­xan, ye­riş-du­ru­şu­nu seyr edən, sö­zü­nün ka­rı­na, sə­si­nin to­nu­na diq­qət kə­si­lən hər kəs kəs­di­rir­di ki: nə olar, nə ol­maz...
   O­nun mu­ğa­ma­ta, klas­sik mu­si­qi­yə rəğ­bə­ti­ni, in­san­la­ra tə­bəs­süm do­lu mə­həb­bə­ti­ni duy­muş­du­nuz yə­qin... Xalq mah­nı­la­rı­mı­zı, bə­zi ope­ra­lar­dan ari­ya­la­rı ne­cə hal­lı-mil­li, han­ca­rı “kənd­çi­sa­yaq”, ne­cə müa­sir Av­ro­pa­ya­nə oxu­ma­la­rı­na uy­muş­duz yə­qin...
   O­nun çox gec-gec açı­lan söz-fi­kir müc­rü­sü, dü­şün­cə tər­zi də ob­raz­lı rəng­lər qa­le­re­ya­sı tim­sa­lın­da idi. Nə de­sə, “nə­dən?” so­rul­maz­dı. Ki­mə­sə nə­sə ərz et­sə, “ni­yə?” do­ğul­maz­dı. Söz­lə­rin­dən do­yul­maz­dı. Mə­sə­lən:
   - Ne­çə il­lər­di Tey­mur­ləng­lə bağ­lı es­kiz­lər ha­zır­la­yır­sız, bəs əsər nə vaxt ba­şa gə­lə­cək?
   - Hə­min es­kiz­lər Tey­mur­ləng miq­ya­sı­na ça­tan­da...
   - Azər­bay­ca­nın ha­ra­sı da­ha çox mö­cü­zə­vi­dir?
   - Sua­lın qo­yu­lu­şu­nu də­yiş­di­rin: Azər­bay­ca­nın ha­ra­sı mö­cü­zə­vi de­yil?
   - Bu gün Si­zə Şu­şa­ya get­mək tək­lif olun­say­dı...
   - Yox, Şu­şa­ya tək­lif ilə, ya­xud qo­naq ki­mi get­mə­rəm. Mən ora­ya - onun sa­hi­bi ki­mi ge­də­cə­yəm!..
   Sö­züm-so­vum onun rəng­lə­ri qə­dər rən­ga­rəng ol­say­dı, hə­lə yaz­ma­ğa da­vam edər­dim...
   Al­lah rəh­mət elə­sin, qür­bət­də­ki qəb­ri rəsm­lə­rin­də­ki rəng­lə­rin nu­ru­na bo­yan­sın...
   
   Ta­hir Ab­bas­lı







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar