“Baku Creative Center”in dəstəyi ilə 11 yaşlı Samirə Hüseynovanın “Bir fırçanın rəqsi” adlı fərdi sərgisi keçirilib. Sərgidə balaca rəssamın 40-dan çox əl işi nümayiş olunub. Təqdim edilən əsərlərdə mövzu baxımından təbiət mənzərələri və çiçəklər üstünlük təşkil edir. Samirə Hüseynova 2002-ci ildə Mingəçevir şəhərində dünyaya gəlib. O, anadan osteoartroz xəstəliyi ilə doğulub. Samirə ilk şəklini 5 yaşında olarkən həkimi üçün çəkib, rəssamlığa isə 8 yaşında başlayıb. İndiyədək üç böyük sərgisi keçirilib.
Xeyriyyə xarakteri daşıyan sərgidə əsərlərin satışından əldə olunan gəlir Samirənin müalicəsinə sərf ediləcək.
Xeyriyyə xarakteri daşıyan sərgidə əsərlərin satışından əldə olunan gəlir Samirənin müalicəsinə sərf ediləcək.