Azərbaycanlı rəssamlar Nəvai Mətin Məmmədoğlu və İlqar Əkbərov Beynəlxalq Fəal Sənətçilər Birliyinin təşkil etdiyi festivalda iştirak edəcəklər. Festival sentyabrın 1-dən 8-dək Türkiyənin İzmir şəhərində keçiriləcək.
   Keçən il də bu tədbirdə ölkəmizi fırça ustaları Nəvai Mətin Məmmədoğlu və İlqar Əkbərov təmsil ediblər. Rəssamlarımız festivalda Beynəlxalq Fəal Sənətçilər Birliyinə üzv seçiliblər.