Sentyabrın 13-də "Nargis" jurnalı və Azərbaycanın premium səviyyəli kinoteatrı "28 Cinema" ilin ən böyük moda gecəsini təşkil edəcək.
   Tədbir çərçivəsində "Berqdorf Qudman: bir əsrdən çox dəb olimpinin zirvəsində" filmi də nümayiş olunacaq. Film moda aləmindən bəhs edir.
   Moda gecəsində "Jan" atelyesinin geyimləri nümayiş olunacaq. Kolleksiyanın əsas printlərinin süjeti, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə gerçəkləşən “Bakıya uçuş” ("Fly to Baku") sərgi və ekspozisiyalarında təqdim olunmuş rəsmləri əsasında yaradılıb. Qonaqlar arasında ölkənin bir çox məşhur simaları, mədəniyyət və incəsənət xadimləri, iri şirkətlərin rəhbərləri və ictimai xadimlər iştirak edəcək.
   Moda gecəsinin platinum sponsoru "Vorosha" brendi, qızıl sponsorlar "Qarant Sığorta", "Paşa Bank" və "Daprima"dır. Tədbir həmçinin "Jan" atelyesi, "28 Mall" və "Armani Water"ın sponsorluğu ilə keçirilir.