Sentyabrın 20-də “Baku Creative Center”də mövsümün açılış sərgisi keçiriləcək.
   Mərkəzdən bildiriblər ki, “Payız etüdləri” adlı sərginin ekspozisiyasında Azərbaycanın görkəmli fırça və tişə ustalarının sənət əsərləri yer alacaq.
   Ümumilikdə 30-a yaxın rəssamın rəngkarlıq, heykəltəraşlıq və dekorativ-tətbiqi sənət sahələrini əhatə edən işləri nümayiş etdiriləcək.
   Sərginin əsas məqsədi yeni mövsümün başlanması ilə əlaqədar yaradıcı şəxsləri bir araya gətirmək, onların incəsənətin müxtəlif növ və üslublarında yeni işlərini ictimaiyyətə təqdim etməkdir.