Dünyanın ən gəlirli və qısa müddətdə çoxsaylı tamaşaçı auditoriyası toplayan "Alatoran" ("Twilight") filminin "Tutulma" ("Eclipse") adlı üçüncü hissəsi bakılı tamaşaçıların böyük marağına səbəb olub. Robert Pattisonun baş rolda oynadığı filmin iyunun 30-da “Azərbaycan” kinoteatrında nümayişi başlanıb.
Kinoteatrın mətbuat xidmətindən bildiriblər ki, yeni film bir neçə seansda nümayiş etdirilir. Filmə baxmaq üçün minlərlə tamaşaçı "Azərbaycan" kinoteatrına müraciət edib. Yeni ekran əsərinin iyunun 30-da başlanan nümayişi üç həftə davam edəcək.
Qeyd edək ki, "Summit Entertainment" kinostudiyasında istehsal olunan filmdə əsas rollarda tanınmış aktyorlar Kristen Stüart, Robert Pattinson və Teylor Lotner çəkilib. Bu filmin - "Twilight - Saga" və "Twilight - New moon" adlı hissələri artıq çoxsaylı mükafatlar qazanıb. Həmin mükafatların əksəriyyətinə filmdə vampir rolunu canlandıran Robert Pattinson layiq görülüb.