Uzun illər İsveçrədə, sonralar Fransada yaşayan həmvətənimiz, istedadlı pianoçu, beynəlxalq müsabiqələr laureatı Nadir Əliyev uzun sürən ağır xəstəlikdən sonra dünyasını dəyişib.
Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, Nadir Əliyev Fransanın Annemas şəhərində dəfn olunub. Vida mərasimində Azərbaycanın İsveçrədəki səfiri Əkrəm Zeynallı, Annemas şəhər meriyasının üzvləri, mərhumun doğmaları və yaxınları iştirak ediblər.
Faciəvi hadisə nəticəsində iki il komada olan həmvətənimiz ikinci həyatına musiqiçi deyil, rəssam kimi qayıdıb. Bunun nəticəsində o, bir-birindən rəngarəng sənət əsərləri yaradıb. Son illər Nadir Əliyevin Avropada daha çox rəssam kimi tanınması da bu səbəbdəndir.
Rəssamın Paris, Cenevrə, Kurşavel, San-Trope, Brüssel və Valettdə təşkil olunan fərdi sərgiləri nəinki sənətsevərlərin, hətta məşhur sənətşünasların, kolleksiyaçıların diqqətini cəlb edib. Rəssamın əsərlərinin böyük qismi İsveçrə Bankı, həmçinin Maltanın Milli Bədii Muzeyi tərəfindən alınıb.