U­zun il­lər İs­veç­rə­də, son­ra­lar Fran­sa­da ya­şa­yan həm­və­tə­ni­miz, is­te­dad­lı pia­no­çu, bey­nəl­xalq mü­sa­bi­qə­lər lau­rea­tı Na­dir Əli­yev uzun sü­rən ağır xəs­tə­lik­dən son­ra dün­ya­sı­nı də­yi­şib.
   Dias­por­la İş üz­rə Döv­lət Ko­mi­tə­sin­dən bil­dirib­lər ki, Na­dir Əli­yev Fran­sa­nın An­ne­mas şə­hə­rin­də dəfn olu­nub. Vi­da mə­ra­si­min­də Azər­bay­ca­nın İs­veç­rə­də­ki sə­fi­ri Ək­rəm Zey­nal­lı, An­ne­mas şə­hər me­ri­ya­sı­nın üzv­lə­ri, mər­hu­mun doğ­ma­la­rı və ya­xın­la­rı iş­ti­rak edib­lər.
   Fa­ciə­vi ha­di­sə nə­ti­cə­sin­də iki il ko­ma­da olan həm­və­tə­ni­miz ikin­ci hə­ya­tı­na mu­si­qi­çi de­yil, rəs­sam ki­mi qa­yı­dıb. Bu­nun nə­ti­cə­sin­də o, bir-bi­rin­dən rən­ga­rəng sə­nət əsər­lə­ri ya­ra­dıb. Son il­lər Na­dir Əli­ye­vin Av­ro­pa­da da­ha çox rəs­sam ki­mi ta­nın­ma­sı da bu sə­bəb­dən­dir.
   Rəs­sa­mın Pa­ris, Ce­nev­rə, Kur­şa­vel, San-Tro­pe, Brüs­sel və Va­lett­də təş­kil olu­nan fər­di sər­gi­lə­ri nəin­ki sə­nət­se­vər­lə­rin, hət­ta məş­hur sə­nət­şü­nas­la­rın, kol­lek­si­ya­çı­la­rın diq­qə­ti­ni cəlb edib. Rəs­sa­mın əsər­lə­ri­nin bö­yük qis­mi İs­veç­rə Ban­kı, həm­çi­nin Mal­ta­nın Mil­li Bə­dii Mu­ze­yi tə­rə­fin­dən alı­nıb. 
   







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar