Azərbaycanlı rəssamlar beynəlxalq rəsm sərgisində

Yanvarın 22-də Türkiyənin Gözəlbağça bələdiyyəsinin dəstəyi ilə Gözəlbağçada beynəlxalq “Dostluq, sülh, sevgi” mövzusunda sərgi açılacaq. Sərgidə 7 ölkədən, o cümlədən Azərbaycandan 26 fırça ustasının əsərləri nümayiş olunacaq. Türkiyənin tanınmış sənətçisi, rəssam və yazıçısı Hülya Sezginin əlaqələndiriciliyi ilə açılacaq sərgi 8 gün davam edəcək.