Yan­va­rın 29-da Xə­zər Uni­ver­si­te­ti­nin və “Dir­çə­liş” Gənc­lə­rin So­sial-Psi­xo­lo­ji Rea­bi­li­ta­si­ya Mər­kə­zi­nin bir­gə təş­ki­lat­çı­lı­ğı ilə gənc rəs­sam­la­rın əsər­lə­rin­dən iba­rət “Komp­ro­mis” ad­lı sər­gi açı­lıb. Sər­gi­yə “Vien­na Art Cen­ter” Ba­kı və “Yves Roc­her” Fran­sa şir­kət­lə­ri təş­ki­la­ti dəs­tək ve­rib.
   Mə­ra­sim­də çı­xış edən Xə­zər Uni­ver­si­te­ti­nin tə­sis­çi­si, di­rek­tor­lar və qəy­yum­lar şu­ra­sı­nın səd­ri, pro­fes­sor Ham­let İsa­xan­lı sər­gi­nin əhə­miy­yə­tin­dən da­nı­şıb. Uni­ver­si­tet­də mu­si­qi və in­cə­sə­nə­tə xü­su­si diq­qət ye­ti­ril­di­yi­ni söy­lə­yən H.İ­sa­xan­lı be­lə sər­gi­lə­rin gənc­lə­ri­mi­zin in­cə­sə­nə­tə ma­ra­ğı­nı da­ha da ar­tı­ra­ca­ğı­nı de­yib.
   “Dir­çə­liş” Gənc­lə­rin So­sial-Psi­xo­lo­ji Rea­bi­li­ta­si­ya Mər­kə­zi­nin di­rek­to­ru İs­lam Bax­şə­li­yev qeyd edib ki, sər­gi gənc rəs­sam­la­rı­mı­zın ya­ra­dı­cı­lı­ğı haq­qın­da ge­niş mə­lu­mat al­ma­ğa im­kan ya­ra­da­caq.
   Mil­li Məc­li­sin de­pu­ta­tı Sə­da­qət Və­li­ye­va, Azər­bay­can Rəs­sam­lar İt­ti­fa­qı­nın ka­ti­bi, Xalq rəs­sa­mı Ağaə­li İb­ra­hi­mov və Avstri­ya­nın Azər­bay­can­da­kı sə­fi­ri xa­nım Sil­via Ma­yer-Kay­biç gənc rəs­sam­la­rı sər­gi­nin açı­lı­şı mü­na­si­bə­ti­lə təb­rik edib, on­la­ra ye­ni ya­ra­dı­cı­lıq uğur­la­rı ar­zu­la­yıb­lar.
   Sər­gi­də 16 rəs­sa­mın rəng­kar­lıq və qra­fi­ka üz­rə 64 işi nü­ma­yiş et­di­ri­lir. Gənc rəs­sam­la­ra ser­ti­fi­kat­lar, mol­bert­lər, sər­gi­nin ka­ta­lo­qu və Fran­sa­nın “Yves Roc­her” şir­kə­ti­nin hə­diy­yə­lə­ri təq­dim olu­nub.