Martın 6-da Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Milli İncəsənət Muzeyinin birgə təşəbbüsü ilə muzeydə Əməkdar rəssam Əşrəf Heybətin “İthaf. Şərq və Qərb arasında” adlı ilk fərdi yaradıcılıq sərgisi keçiriləcək.
Əşrəf Heybət 1951-ci ildə Bakıda anadan olub. Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində, Mədəniyyət və İncəsənət Universitetində, Tbilisi Rəssamlıq Akademiyasında təhsil alıb. 1980-ci ildə Moskvada keçirilmiş Yay Olimpiya Oyunlarının bədii tərtibatında iştirak edən rəssam daha sonra bu şəhərdə fəaliyyətini davam etdirib.
Fransa, İspaniya, İtaliya, İsrail, Hindistan, Misir, Türkiyə və digər ölkələrdə sərgiləri keçirilən rəssamın əsərləri böyük maraqla qarşılanır. O, portret, mənzərə, natürmort janrlarında işlədiyi rəsmlərlə bərabər, irihəcmli monumental əsərlərin də müəllifidir.
Sənətkar 1994-cü ildən Almaniyanın Koblens şəhərində yaşayır. O, Rusiya Federasiyası Rəssamlıq Akademiyasının və UNESCO-nun Beynəlxalq Rəssamlar Federasiyasının üzvü, Almaniyada “Bakı” Mədəniyyət Cəmiyyətinin sədridir. Azərbaycandan kənarda yaşayıb-yaratsa da, əsərlərində doğma vətəninə bağlılıq daim özünü göstərir.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar