İyulun 7-də maestro Niyazinin ev-muzeyində “Məhəbbət əfsanəsi” filminə baxış keçirildi. Tədbir Dövlət Musiqi Mədəniyyəti Muzeyinin nəzdindəki Klassik Musiqi Həvəskarları Klubunun təşkilatçılığı ilə gerçəkləşdi.
Tədbiri açan Dövlət Musiqi Mədəniyyəti Muzeyinin direktoru Alla Bayramova film haqqında tamaşaçılara məlumat verdi. Qeyd edək ki, 1961-ci ildə lentə alınan “Məhəbbət əfsanəsi” filminin rejissoru Lətif Səfərov, ssenari müəllifi Ənvər Məmmədxanlı, baş rolların ifaçıları Nodar Şaşıqoğlu (Qeys) və Kima Məmmədovadır (Leyli).
Daha sonra A.Bayramova görkəmli bəstəkar Qara Qarayevin “Məhəbbət əfsanəsi” filminə bəstələdiyi musiqidən söz açdı, sənətkarın xatirəsini yad etdi.
A.Bayramova Musiqi Mədəniyyəti Dövlət Muzeyi üçün yeni binanın inşası barədə danışdı. Gənc nəslin dünyagörüşünün inkişaf etdirilməsi üçün mədəniyyətimizin təbliğ edilməsinin böyük əhəmiyyətindən, muzeydə görüləcək tədbirlərdən söhbət açdı, Azərbaycan və dünya bəstəkarlarının geniş təbliğ olunacağını vurğuladı.
Sonra “Məhəbbət əfsanəsi” filmi nümayiş olundu. Nümayişdən sonra film müzakirə edildi.
Yeganə