27 mart - 1 aprel tarixlərində məşhur “Sotheby’s” hərrac evi Böyük Britaniyanın paytaxtı Londonda Mərkəzi Asiya və Qafqaz ölkələri rəssamlarının əsərlərinin satış-sərgisini təşkil edəcək. “Yol ayrıcında: İstanbuldan Kabilə qədər müasir incəsənət” başlığı altında keçiriləcək sərgidə Mərkəzi Asiya respublikaları, İran, Türkiyə və Cənubi Qafqaz ölkələrindən müasir dövr rəssamlarının 60-a yaxın əsəri nümayiş olunacaq. Tədbirə “Pasha Bank” sponsorluq edir.
Artıq ikinci dəfədir ki, dünyaca məşhur hərrac evində region ölkələrinin, o cümlədən Azərbaycanın müasir rəssamlarının əsərlərindən ibarət sərgi geniş auditoriyaya təqdim olunur. Budəfəki sərgidə Azərbaycan rəssamlarının 10 işi nümayiş olunacaq.
Sərgidə üç nəsil rəssamlarımızın portret janrında əsərləri yer alacaq. Rəsmlərin mövzusu isə müxtəlifdir. Əsərlərdə siyasi, sosial-iqtisadi, eləcə də Azərbaycanın qədim və zəngin mədəniyyəti ilə bağlı mövzular əksini tapıb. Burada həm çox məşhur, həm də nisbətən az tanınan, amma maraqlı əsərlər müəllifi olan rəssamlar təmsil olunur. Tahir Salahov, Mirnadir Zeynalov, Aida Mahmudova, Tofiq Cavadov, Aydan Salahova, Toğrul Nərimanbəyov, Cavad Mircavadov, Faiq Əhməd, Rəşad Ələkbərov və Rauf Məmmədovun əsərləri son 50 ildə Azərbaycan təsviri sənətinin nə qədər rəngarəng olduğunu və inkişaf etdiyini göstərir.
Xatırladaq ki, 2013-cü ilin martında “Sotheby’s” hərrac evi ilk dəfə Qafqaz və Mərkəzi Asiya ölkələrinin müasir incəsənət nümunələrinin satış-sərgisini təşkil etmişdi. Sərgidə 1960-cı illərin nonkonformizm və sosrealizmdən yeni bədii təcrübələrədək olan dövrü əhatə edən 50-dək əsər satışa çıxarılmışdı.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar