Aprelin 10-da Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda Əməkdar rəssam Odtəkin Ağababayevin 85 illiyi münasibətilə fərdi sərgisi açılacaq. İttifaqdan bildiriblər ki, sərgidə O.Ağababayevin milli rəsm sənətimizə bəxş etdiyi dəyərli sənət nümunələrindən söz açılacaq və rəssamın müxtəlif janrlarda əsərləri sərgilənəcək.