Karikaturaçı rəssamın fərdi sərgisi

Aprelin 7-də Azərbaycan Rəssamlar İttifaqının Art Qalereyasında karikaturaçı rəssam Adil Elçinin fərdi sərgisi açılıb. Azərbaycan Rəssamlar İttifaqı, Karikaturaçı Rəssamlar Birliyi və “Kirpi” jurnalının təşkilatçılığı ilə keçirilən sərgi 1906-cı il aprelin 7-də nəşrə başlamış “Molla Nəsrəddin” jurnalının 108-ci ildönümünə həsr edilib.
Sərginin açılışında Xalq artisti İlham Namiq Kamal, Əməkdar mədəniyyət işçisi, “Kirpi” satira-yumor jurnalının baş redaktoru Polad Qasımov rəssamın həyat və yaradıcılığından danışıblar.
Adil Elçin 1936-cı ildə Bakı şəhərində anadan olub. Çoxsaylı kitab illüstrasiyalarının, təbliği plakat, teatr tamaşalarının bədii tərtibatının müəllifidir. Dövlət Akademik Milli Dram Teatrında, Gənc Tamaşaçılar Teatrında quruluşçu, Dövlət Musiqili Teatrında baş rəssam kimi çalışıb. 1979-1991-ci illərdə “Kirpi” satira-yumor jurnalının baş rəssamı olub. Hazırda İsraildə “Pardon” yumor jurnalını nəşr etdirir.
Sərgidə rəssamın müxtəlif illərdə çəkilmiş 50-dən çox əsəri nümayiş olunur.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar