Aprelin 15-də Muzey Mərkəzinin sərgi salonunda rəssam Məhər Məhərrəmovun dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubileyinə həsr olunmuş “Xəmsə” adlı fərdi sərgisi açılacaq. Sərgi Azərbaycan Rəssamlar İttifaqı, Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi, Gəncə Şəhər Mədəniyyət və Turizm İdarəsi, Gəncə Dövlət Rəsm Qalereyası və “Zəka” Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzinin dəstəyi ilə reallaşdırılacaq.
Ekspozisiyada rəssamın Nizami Gəncəvi yaradıcılığının ölməz inciləri olan “Sirlər xəzinəsi”, “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “Yeddi gözəl” və “İsgəndərnamə” poemalarına vitraj üslubunda (şüşə üzərində rəsm) işlədiyi 40 ədəd əsəri nümayiş olunacaq.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar