Aprelin 10-da Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının muzey-sərgi kompleksində həvəskar rəssam Şəmsəddin Böyükdüzlünün ilk fərdi sərgisinin açılışı oldu. Sərgidə rəssamın müxtəlif illərdə çəkdiyi mənzərə, portret janrlarında 50-dək əsəri nümayiş olunur. Bu nümunələr içərisində Qarabağ müharibəsi mövzusunda rəsmləri çoxluq təşkil edir.
Sərgidə nümayiş etdirilən “Kəlbəcər haqqında”, “Fırtına və ölüm”, “Rəssamın xəyalları”, “Cənnət və kainat”, “Şeytan və qadın”, “Tərk edilmiş”, “Nakam sevgi” və başqa əsərlər iştirakçıların marağına səbəb oldu.
Şəmsəddin Böyükdüzlü 1987-ci ildən təsviri sənətlə məşğul olmağa başlayıb. Onun yaradıcılığında doğulub boya-başa çatdığı Naxçıvan haqqında əsərləri xüsusi yer tutur. Sərgidə müəllifin bu mövzuda çəkdiyi “Batabat gölü”, “Biz kəndi”, “Ayı cığırı”, “İlanlı dağ” və başqa rəngkarlıq əsərləri nümayiş olunurdu.

Fariz Hüseynov







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar