Aprelin 17-də “Baku Creative Center”də Saatlı Rayon Tarix və Diyarşünaslıq Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Sürəyya Muğanlının fərdi sərgisi açılacaq. “Muğanın rəngləri” adlanan sərginin ekspozisiyasında rəssamın 20-dən artıq rəngkarlıq tablosu və 30-dan çox qrafik əsəri təqdim olunacaq.
Müəllif qrafik işlərində insanın daxilində yaşayan müxtəlif hiss və emosiyaları mücərrəd deformasiyalar vasitəsilə göstərir. Bundan əlavə, sərginin qrafika ekspozisiyasında Azərbaycan xalq nağıllarına çəkilmiş silsilə xarakterli illüstrasiyalar da yer alacaq. Rəssamın rəngkarlıq tabloları isə özünəməxsus işləmə texnikası, kompozisiya quruluşu və mövzulara subyektiv yanaşma tərzi və açıqlaması ilə seçilir. Bu əsərlərdə sürrealizmə meyl özünü göstərir və tabloların aparıcı qüvvəsini təşkil edir.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar