Aprelin 11-də Bakı İncəsənət Mərkəzində (“Yeni Gallery”) gənc rəssam Rafael Əliyevin ilk fərdi yaradıcılıq sərgisi açılıb. Dörd gün davam edən sərgidə rəssamın Abşeronun keçmişi, bu günü və gələcəyi, yarımadanın təbiəti, əhalinin məşğuliyyəti və s. əks etdirən 20-yə yaxın əsəri və dəmir konstruksiyalardan hazırlanmış 3 heykəl nümayiş olunub.
Dəmir birləşmələrdən hazırlanmış at heykəlində döyüş anları öz əksini tapıb. Dəmir və kətan parçadan hazırlanmış nar heykəli ilə müəllif Abşeronda da narın yetişdirildiyini diqqətə çatdırmaq istəyir. Digər heykəldə isə neft buruqları əks olunub. Rəssam bununla da Abşeronun təbiətinin zənginliyi ilə yanaşı, böyük neft sərvətinə də malik olduğunu əks etdirməyə çalışıb.
Rafael Əliyev 1997-2001-ci illərdə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində təhsil alıb. Daha sonra Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunu olub.
Bir sıra diplom və mükafatlara layiq görülən gənc rəssamın əsərləri Türkiyə, Almaniya və digər ölkələrdə keçirilmiş sərgilərdə nümayiş olunub. Onun əl işləri ölkəmizdə, eləcə də Türkiyə, Rusiya, Almaniya, İspaniya və Kolumbiyada şəxsi kolleksiyalarda saxlanılır.

Fariz







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar