Aprelin 19-da Qahirədəki "Səlahəddin" qəsr kompleksinin səhnəsində illik beynəlxalq zərb alətləri və ənənəvi incəsənət festivalı ("The International Festival for Drums and Traditional Arts "Drums Dialogue for Peace") açılıb. Misirin Mədəniyyət Nazirliyi tərəfindən təşkil olunan festivalda dünyanın 20-dən çox ölkəsindən, o cümlədən Azərbaycandan musiqiçilər iştirak edirlər.
Azərbaycanı təmsil edən nümayəndə heyətinin rəhbəri Pərvin Əfəndiyevanın, həmçinin musiqiçilərimizdən Gülnar Həşimova (xanəndə), Elşən Tahirov (tar), Qönçə Mehdiyeva (kamança), Zəminə Babayeva (qanun), Elnur Hüseynov (balaban), Mehman Xaliqzadə (nağara) və Qurban Abasovun (zərb) daxil olduğu instrumental ansambl tamaşaçılara koloritli Azərbaycan milli musiqisini təqdim edib.
Tamaşaçılar Azərbaycan musiqiçilərinin ərəb dilində ifalarını və "Sarı gəlin" xalq mahnısını böyük maraqla qarşılayıb, onları ürəkdən alqışlayıblar.
Beynəlxalq zərb alətləri və ənənəvi incəsənət festivalı aprelin 25-də başa çatacaq.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar