18-23 aprel tarixində Rusiyanın Yekaterinburq şəhərində "Yer-bizim ümumi evimizdir" adlı XV beynəlxalq uşaq musiqi yaradıcılığı festivalı keçirilib. Festivalda ölkəmizi Bakı şəhər Vaqif Mustafazadə adına 2 nömrəli uşaq incəsənət məktəbinin "Aysel" rəqs ansamblı təmsil edib. Müxtəlif ölkələrdən 23 uşaq yaradıcı kollektivinin qatıldığı yarışmada "Aysel" rəqs ansamblı "xoreoqrafiya sənəti" nominasiyası üzrə II dərəcəli diploma və laureat adına layiq görülüb. Festival günlərində "Aysel" rəqs ansamblının üzvləri Sverdlovsk vilayətinin Yekaterinburq və Kamensk-Uralsk şəhərlərinin konsert salonlarında milli rəqslərimizi nümayiş etdirərək tamaşaçıların rəğbətini qazanıblar.
1993-cü ildə yaradılan "Aysel" rəqs ansamblının repertuarına Azərbaycan milli rəqsləri, habelə İspaniya, Meksika, Türkiyə və Rusiyanın milli rəqsləri daxildir. 1996-cı ildən etibarən ansambl Gürcüstan, İtaliya, Moldova, Türkiyə, Ukrayna, Rusiya və başqa ölkələrdə müsabiqə və festivallarda iştirak edib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar