Yaponların üçdə ikisi 3D sistemini dəstəkləyən televizorlardan imtina edib. Röyter agentliyi xəbər verir ki, rəyi soruşulan 8957 nəfərin 67,4 faizi 3D televizorlarından imtina etdiyini bildirib. Respondentlərin 70 faizi bunu televizora baxarkən eynəkdən istifadə etmək istəməməsi, 57 faizi yüksək qiymət, 40 faizi isə bu cür cihazda nümayiş etdiriləcək materialın azlığı ilə əlaqələndirib. Avropada iyunun əvvəllərinədək 25 min belə televizor satılıb. Yaponiyada “J:Com” kanalı 3D ölçüdə proqramlar hazırlayır.