Mayın 14-də Budapeştin "Koqart" qalereyasında gənc Azərbaycan rəssamlarının əsərlərindən ibarət sərgi açılıb. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə təşkil olunan sərgidə 29 rəssamın 135 əl işi nümayiş etdirilir. Sərgi Azərbaycanın Macarıstandakı səfirliyinin dəstəyi ilə "Dirçəliş" Gənclərin Sosial Psixoloji Reabilitasiyası Mərkəzi tərəfindən təşkil olunub. Ekspozisiyaya daxil olan əsərlər bundan əvvəl Parisdə, Brüsseldə, Vyanada, Praqada nümayiş etdirilib və tamaşaçı marağı qazanıb.
Açılış mərasimində çıxış edən ölkəmizin Macarıstandakı səfiri Vilayət Quliyev, "Koqart" qalereyasının icraçı-direktoru, sənətşünas Katalin Hazi çıxış edərək sərgini yüksək qiymətləndiriblər. Milli rəssamlıq sənətimizin minillik tarixə malik miniatür ənənələrinə əsaslandığını qeyd edən səfir Vilayət Quliyev təxminən son 150 ildə professional Azərbaycan rəssamlığının böyük inkişaf yolu keçdiyini, rəssamlarımızın öz əsərləri ilə dünya miqyasına çıxdıqlarını, əsərlərində Şərq və Qərb ənənələrini məharətlə sintez etdirdiklərini bildirib.
Qeyd olunub ki, sərgi həm də xeyriyyəçilik məqsədi daşıyır. Müəlliflərin razılığı ilə satılan əsərlərdən toplanan vəsaitin 25 faizi Heydər Əliyev Fondunun təşəbbüsü ilə Budapeştdə inşa olunan “Əlil uşaqlar üçün Laslo Battani Roma katolik evi, uşaq bağçası və ibtidai məktəb" kompleksinin fonduna köçürüləcək.








Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar