Uşaq və yeniyetmələrin rəsm yaradıcılığı festivalı

Mayın 23-də Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının muzey-sərgi kompleksində “Saf rənglər” adlı 2-ci beynəlxalq uşaq və yeniyetmələrin rəsm yaradıcılığı festivalının açılış mərasimi keçirildi.

Rəssamlıq Akademiyası və Təhsil Nazirliyinin birgə təşəbbüsü ilə təşkil olunan festivalın məqsədi xarici iştirakçılarda ölkəmizin tarixinə, mədəniyyətinə, idman uğurlarına maraq oyatmaq, yerli iştirakçıların isə Azərbaycanın mədəniyyətini təsviri sənətin dili ilə ifadə etməsinə imkan yaratmaqdır. “Azərbaycan 2015-ci il ilk Avropa Oyunlarının ev sahibidir”, “Mənim ölkəmin suveniri” nominasiyaları üzrə keçirilən tədbirdə uşaq və yeniyetmələrin təsviri sənətin müxtəlif janrlarında yaratdıqları əl işləri nümayiş olunur.
Mərasimdə Rəssamlıq Akademiyasının prorektorları - Xalq rəssamı Səlhab Məmmədov və Əməkdar incəsənət xadimi Validə Məmmədova festivalın əhəmiyyətindən, belə tədbirlərin istedadlı uşaqların üzə çıxarılmasında rolundan danışdılar. Fələstinin ölkəmizdəki səfiri Nasir Əbdülkərim Əbdürrəhman, “Kainat” Gənclik Mərkəzinin direktoru Rahib Rəsulzadə və başqaları çıxış edərək festivalın yüksək səviyyədə təşkil olunduğunu vurğuladılar.
Sərgidə ölkəmizdə fəaliyyət göstərən 20-dən artıq rəssamlıq studiyası, incəsənət məktəbləri ilə yanaşı, Türkiyə, Pakistan, İordaniya, Səudiyyə Ərəbistanı, Fələstin, Koreya Respublikası, Misir, Mərakeş, Belarus, Fransa - ümumilikdə 30-dan çox ölkədən uşaq və gənclərin 700-dən artıq əl işi nümayiş olunur.
Festivalın təşkilat komitəsi 2015-ci il üçün “Sərhədsiz idman”, “Təhlükəsiz dünya” və “Gələcəyin şəhəri” adlı müsabiqə mövzusunu da elan etdi.
Ənənəyə uyğun olaraq əlil uşaqlara kömək məqsədilə əsərlərin satışı da həyata keçiriləcək. Beynəlxalq yarışmaya iyunun 5-də yekun vurulacaq və iştirakçılar mükafatlandırılacaq.

Fariz Hüseynovf







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar