Tanınmış kinorejissor Vudi Allen yeni filminin çəkilişlərinə başlayıb. “Parisdə gecə yarısı” adlı filmdə Fransanın birinci xanımı Karla Bruni-Sarkozi də çəkilir.
   Yeni ekran əsərində, həmçinin tanınmış fransalı aktrisa Marion Kotiyar da rol alıb. Romantik komediya janrında çəkilmiş filmdə ötən əsrin 20-ci illərində Fransaya gələn bir ailənin başına gələnlərdən bəhs edilir.
   Xatırladaq ki, Karla Bruninin fotomodellik təcrübəsi olsa da, kinematoqrafiyada o qədər də peşəkar deyil. Bununla belə, o, 1994-cü ildə Robert Oltmenin moda dünyasına həsr olunmuş satirik filmində aktrisalıq bacarığını sınayıb.