İyunun 5-də “Birliyə Doğru” Əlil və Kimsəsiz Uşaqlara Qayğı İctimai Birliyi tərəfindən “Art Villa” qalereyasında gənc rəssam Orxan Əhmədovun “Əlvan yollar” adlı fərdi sərgisi keçiriləcək.
İctimai Birlikdən bildiriblər ki, Orxan Əhmədov 2009-cu ilin noyabrından 2011-ci il martın 30-dək olan dövrü əhatə edən “Kimsəsiz uşaqlar üçün rəsm kursları” layihəsinin yetirməsidir. Hazırda Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının II kursunda təhsil alır.
“Cross Caspian”, “CAC”, “Arts Council Azerbaijan” (“Azərbaycan İncəsənət Konsulluğu”), “Motivasiya”, “OD Media Production” təşkilatlarının dəstəyi ilə keçiriləcək sərgi Uşaqları Beynəlxalq Müdafiə Gününə həsr olunub.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar