Mayın 27-də Bakı Rəsm Qalereyasında gənc rəssam Tünzalə Məmmədzadənin “Zamanın izləri” adlı fərdi yaradıcılıq sərgisi açılıb.
28 May - Respublika Gününə həsr edilmiş sərginin açılış mərasimində qalereyanın direktoru Eldəniz Babayev, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev, Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtım müşaviri Seyid Əhməd Arslan, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının kafedra müdiri Nazim Yunusov çıxış edərək rəssamın yaradıcılığını yüksək qiymətləndiriblər. İpək üzərində akril boya ilə rəsmlər yaradan rəssam əsərlərində tətbiqi və təsviri sənətin bədii-texniki xüsusiyyətlərini birləşdirərək tamamilə yeni üslubda, orijinal işlər ərsəyə gətirir.
Sərgidə rəssamın abstrakt və kalliqrafik üslubda hazırlanmış 30 əsəri nümayiş olunur.
Gənc rəssam sərginin təşkilində əməyi olanlara minnətdarlığını bildirib. 1983-cü ildə Şəkidə anadan olan Tünzalə Məmmədzadə 2008-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA) memarlıq və dizayn fakültəsini bitirib. Qərb Universitetinin dizayn fakültəsində magistr dərəcəsi alıb. Hazırda ADRA-da doktorantura üzrə təhsil alır.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar