Azərbaycanın Özbəkistandakı səfirliyi, səfirliyin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) və Respublika Azərbaycan Mədəniyyət Mərkəzi (RAMM) Beynəlxalq Uşaqları Müdafiə Günü münasibətilə Daşkənddəki Mirzə Uluqbəy adına parkda şənlik keçirib.
Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev, Daşkənddəki Beynəlmiləl Mədəniyyət Mərkəzi sədrinin müavini Sergey Mironov, RAMM-nin sədri Mobil Məmmədov, Rus Mədəniyyət Mərkəzinin (RMM) rəhbəri Aleksandr Aristov uşaqları təbrik ediblər.
Sonra AMM-nin nəzdindəki “Azərbaycan qızları” uşaq rəqs ansamblı və RMM-nin rəqs qrupu Azərbaycan və dünya xalqlarının rəqslərini ifa edib. Tədbir çərçivəsində keçirilən sərgidə Azərbaycanın mədəniyyətini, tarixi abidələrini əks etdirən fotoşəkillər, milli məişət əşyaları, qədim musiqi alətlərimiz, suvenirlər, ölkəmizin turizm potensialına dair reklam-çap materialları nümayiş etdirilib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar